Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib - FOTO

14 oktyabr 2021-ci il tarxində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yanında İctimai Şuranın növbəti iclası keçirildi. Şura üzvləri ilk olaraq Fəxri Xiyabanda xalqımızın Ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etdi və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoydular. Daha sonra Şura üzvləri Şəhidlər Xiyabanını ziyarət edib, Şəhidlərimizin ruhunu dərin ehtiramla yad edib və məzarları üzərinə qərənfillər düzdülər.

 

Bildirmək istərdik ki, daha sonra Şura üzvlərinin iştirakı ilə hibrid formatda İctimai Şuranın növbəti iclası öz işinə başlamışdır. İlk olaraq İctimai Şuranın sədri Azər Əliyev gündəlikdə olan məsələləri Şura üzvlərinin diqqətinə çatdırıb və gündəlik səs çoxluğu ilə qəbul edilib. Öncəki iclasda Şura üzvləri tərəfindən səsləndirilən təkliflər əsasında tərtib olunmuş fəaliyyət planı müzakirəyə çıxarılaraq Şuranın fəaliyyət planına əlavə düzəliş və qeydlər edildi.

 

Gündəlikdə olan digər məsələ isə İctimai Şura üzvləri tərəfindən təklif olunan Şuranın ikinci sədr müavini vəzifəsinə seçkilərin keçirilməsi oldu. Şuranın sədr müavinliyinə Azərbaycan Karate Federasiyasının prezidenti Arif Məmmədovun namizədliyi irəli sürülmüş və Arif Məmmədov səs çoxluğu ilə sədr müavini olaraq seçilmişdir.

 

İctimai Şura üzvləri tərəfindən səsləndirilən təkliflərə əsaslanaraq Gənclər və İdman sahəsi üzrə olmaqla iki İşçi qrupu yaradıldı. İdman sahəsi üzrə İşçi qrupunun rəhbəri vəzifəsinə səs çoxluğu ilə Ağsu İdman klubunu təmsil edən Elnur Alıyev seçilmişdir. Gənclər sahəsi üzrə İşçi qrupuna rəhbər səs çoxluğu ilə “Gənclərin Töfhəsi” İctimai Birliyinin sədri Asim Vəliyev seçilmişdir.

İclasın yekununda səsləndirilmiş təklif və iradlar dinlənilmiş və cari məsələlər müzakirə edilmişdir.


Paylaş

Aktiv sorğu yoxdur.