Şahlar Əsgərov: İctimai Şurada təmsil olunmaq istəmirəm

Ictimaishura.az modern.az istinadən xəbər verir ki, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov  isə Misir Mərdanova cavab olaraq deyib ki, bu dəfə qurumun üzvlüyündə olmaq istəmir:

“Misir Mərdanovun fikirlərinə hörmətlə yanaşıram. Mən heç özüm də bu il şurada təmsil olunmaq istəmirəm və bunu cənab nazirə bildirmişəm. İşlərimin çoxluğu səbəbi ilə bu il sədrlikdə təmsil olunmaq istəmirəm.

Xatırladaq ki, şuraya üzv olmaq istəyən namizədlər tələb olunan sənədləri elektron qaydada təqdim etməlidirlər. Qeydiyyat üçün sənədlər 1 oktyabr 2021-ci il tarixindən etibarən qəbul edilir. Sənədlərin qəbulu müddəti 28 oktyabr 2021-ci il tarixində başa çatacaq.

Qeyd edək ki, Təhsil Nazirliyi yanında İctimai Şura 2019-cu ilin sentyabr ayında yaradılıb. Şuranın yaradılmasında əsas məqsəd nazirliyin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, görülən işlərdə aşkarlığın və şəffaflığın təmin edilməsi, eyni zamanda təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsi olub.

 


Paylaş

Aktiv sorğu yoxdur.