Ağstafa Rayon İcra Hakimiyyəti yanında İctimai Şura

Şuranın sədr müavini
Teymur Əliyev

Teymur Ayaz oğlu Əliyev 18.04.1994-cü ildə anadan olub. 2000-2011-ci illərdə Gəncə şəhəri 26 saylı orta məktəbi fərqlənmə ilə bitirib. 4 dəfə Azərbaycan Tarixi fənnindən Olimpiya qalibi olub.

2011-ci ildə Azərbaycan Texnologiya Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinə qəbul olub. 2012-2015-ci illərdə Universitetdə TGT sədri, eyni zamanda rektor müşavirinin köməkçisi vəzifələrində işləyib.

2012-ci il Gəncə Tədrisin İnkişafı Mərkəzi Hazırlıq kursunun əsasını qoyaraq 2016-cı ilədək həmin müəssisəyə rəhbərlik edib. 2012-ci il İtaliyada Beynəlxalq İqtisadiyyatçıların konfransında Azərbaycanı təmsil edib fərqlənmə sertifikatı ilə ölkəyə qayıdıb.

2013-2015-ci illərdə Moldova , Rusiya ,Türkiyə , Kıbrız , Gürcüstanda Gənclər proqramı çərçivəsində Azərbaycanı təmsil edərək Beynəlxalq konfranslarda və seminarlarda iştirak edib. 2014-cü il fevral ayının 14-dən Heydər Əliyev fondunun vitse- prezidenti Leyla xanım Əliyevanın rəhbərlik etdiyi İDEA İctimai Birliyinin Gəncə resus Mərkəzinə sədr müavini təyin olunub.

2013-cü ildən Prezident İlham Əliyevə yaradılmış dəstək “ Gələcəyə Baxış İctimai Hərakat ”ına Qərb regionu üzrə rəhbərlik edib. 2016-cı il Hərbi xidmətdə olduğu müddətdə 32 təşəkkür , 5 diplom , 3 fəxri fərman , Sərhədçi döş nişanı və Çavuş rütbəsi ilə təltif olunan bu gənc 2017-ci ilin avqust ayından Bakı şəhərində fəaliyyət göstərən  Global Kariyera İnistitunun İcracı Direktoru vəzifəsində çalışıb. Nəhayət 2018-ci il may ayında Gəncə şəhər İcra Hakimiyətinin Başçısının sərancamı ilə İctimai siyasi və Humanitar məsələlər şöbəsinə Baş Məsləhətçi vəzifəsinə təyin olunub. 2018-ci ilin sentyabr ayında YAP ərazi ilk partiya təşkilatlarının sədri seçilib.

2019-cu ilin yanvarın 8-dən Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının I sahə üzrə Nümayəndə müavini təyin edilib. 11.04.2019 cu il Nizami rayon İcra Hakimiyyəti başçısının əmri ilə Daimi dövlət qulluqcusu dərəcəsinə sahib olub. Bu gənc yaşında 305 Yerli , 68 Beynəlxalq layihənin rəhbəri olub.

2019-cu il orta məktəb şagirdləri arasında Cənab prezidentin sərancamına uyğun olaraq Nəsimi-650 Bilik Yarışı , Liderlər Məktəbi və Yay Məktəbi layihələrinə rəhbərlik edib.

Daha sonra noyabr ayında Prezident İlham Əliyevin tarixi çıxışına istinad edərək 1500 nəfər şagird arasında Qarabağ Azərbaycandır ! adlı olimpiada təşkil etmişdir.

Uğurlu əmək fəaliyyətini nəzərə alaraq Azərbaycan Texnologiya Universitetinin Rektoru Akif Süleymanovun əmri ilə ictimai fəallığına görə Fərqlənmə Medalı ilə təltif  olunmuşdur.

03.05.2020 cu il cənab Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağstafa nümayəndəliyinə direktor təyin edilib.

02.06.2022 Ağstafa Rayon İcra Hakimiyyəti yaninda İctimai Şuranin sədr müavini seçilib.