Ağstafa rayon İcra Hakimiyyəti yanında İctimai şura Azərişıq ASC Qərb RETSİ-nin Ağstafa Elektrik Şəbəkəsi idarəsinin kollektivi ilə görüşüb
Ağstafa rayon İcra Hakimiyyəti yanında İctimai şura Azərişıq ASC Qərb RETSİ-nin Ağstafa Elektrik Şəbəkəsi idarəsinin kollektivi ilə görüş keçirib.
Görüş zamanı İctimai şuranın sədr müavini Teymur Əliyev və digər üzvlər – Mirzahid Hacıyev , Türkan Hüseynova , Nəsib Səmədov , Asan Qəbul Xidmətinin kordinatoru Rafiq Rəhimli, Rauf Hüseynov iştirak ediblər.
İlkin olaraq , Azərişıq ASC Qərb RETSİ-nin Ağstafa Elektrik Şəbəkəsinin müdiri Azər Heydərov, idarədə olan mövcud vəziyyət və işçilərin iş qrafiki ilə bağlı məlumatlar verib.
Daha sonra Azərişıq ASC Qərb RETSİ-nin Ağstafa Elektrik Şəbəkəsinin baş mühəndisi Cəlal Dərvişov Dağkəsəmən kəndinin müasir şəbəkə xətti ilə təmin olunmasını vurğulayıb. Eyni zamanda Poylu kənd, Aşağı Kəsəmən kənd, Qıraq Kəsəmən kənd və Zəlimxan kəndlərində də tədbirlər planına uyğun müasir standartlarına cavab verən transformator və digər şəbəkə xətləri ilə tam təmin olunacağını və 20-ə yaxın layihənin baş tutacağını qeyd edib.
Sonda isə əməkdaşların mövcud vəziyyətlə bağlı təklif, müraciətləri şura üzvləri tərəfindən qəbul olunaraq nəzarətə götürülüb.Təklif olunmuş müraciətlərlə bağlı müzakirələr aparılacağını və aidiyyəti üzrə müvafiq məlumatların veriləcəyi söylənilib.