Mən Hüseynov Hüseyn Əziz oğlu 05.07.1947 ildə Qazax rayonunun Göycəli kəndində anadan olmuşam .8-ci sinifi öz kəndimdə bitirib ,təhsilimi Gəncə şəhər 8 saylı orta məktəbdə davam etdirmişəm .Eyni zamanda Gəncə çəhərində 27 saylı texniki məktəbi əla qiymətlərlə bitirmişəm .
1964-cü ildə Bakı şəhərində keçirilən gənc aşıqlar festivalının iştirakçısı olmuşam və əlaçı diplom ,pul və getimlə təltif olunmuşam .1964-cü ildə Gəncə Aliminium zavodunun açlışında iştirak etmişəm diplom və hədiyəyə laqi görülmüşəm .1966-1969-cu illərdə hərbi xidmətdə matros olmuşam və hərbi hissələrdə konsertlər verib diplom və fəxri fərmanlarla təltif olunmuşam .
Özümü biləndən evimizdə sədəfli saz görmüşəm .Aşıq sənətini ilk dəfə atam Əziz Hüseynoğlundan öyrənmişəm .1969-1974-cü illərdə ustad aşıq Aslan Aslanovun yanında şəyirdlik etmişəm .Qeyd etmək olar ki ,elə o vaxtdan indiyədək rayon və respublika səviyyəsində keçirilən bayram ,ildönümləri ,sinpozium ,folklor baxış ,el şənliklərinin əksəriyyətində ustad aşıqlarla – Aşıq Ələsgər ,A.Aslan,C.Ələkbər ,H.İmran , M.Mahmud ,R.İsfəndiyar ,Ş.Hüseyn ilə birlikdə iştirak etmişəm .1981-ci ildə Aşıq Alının 180 illiyində “ Aşıq Alı ” rolunda çıxış etmişəm .1983-cü ildə Hüseyn Arifin təşəbbüsü ilə Ağstafa şəhər 7 illik musiqi məktəbində Azərbaycanda ilk saz müəllimi kimi fəaliyyətə başlamışam .1985-ci ildə Aşıq Birliyinin 20-ci üzvü V-VI Aşıqlar qurultayının nümayəndəsi olmuşam .Üç respublikanın Qazax rayonunda keçirilən “ Folklor ” bayramında “ Dədə Qorqud ” rolunda oynamışam .1979-cu ildə Ulu Öndər Heydər Əliyev əmək qəhrəmanı Fərzalı Abbasovun üzüm sahəsində olarkən mənə bu xoş sözləri demişdir : “ Çox sağol ! Belə məlahətli səsə qulaq asan hər bir əməkçi yəqinki yorğunluğunu unudar ” .
1982-ci ildə Azərbaycan SSR-in III Lenin ordeni təqdim etmə mərasimində qarşılama və böyük konsertdə iştirakçı olmuşam .İçəri Şəhərdə keçirilən I-II xalça sinpoziumunun Ü.Hacıbəyovun 100 illik il dönümündə və Novruz bayramının iştirakçısı olmuşam. 1987-ci ildə Ümumi İttifaq festivalının lauratı medalına laiq görülmüşəm .Xalq şairi S.Vurğunun 60 ,70 ,80-ci ildönümlərində Mərkəzi sarayda və Qazax rayonunda böyük tədbirdə iştirak etmişəm .1995-ci ildə Sankt-Peterburq şəhərində ermənilərin kamança ilə konsertini təxirə saldırıb , 21 noyabrda Musiqi Akademiyasında fərdi konsertimi vermişəm .Qızıl fonda 6 mahnımı yazıb ,radio və televiziya ilə çıxışım olub .Həmin vaxt Azərbaycan Mədəniyyət Naziri başda olmaqla nümayəndə heyyətinin tərkibində iştirak etmişəm ,bu fəaliyyətimə görə Polad Bülbüloğlu məni “ Əməkdar Mədəniyyət işçisi ” adına laiq görüb , lakin ,1995-ci ildən buyada bu ad mənə təqdim olunmayıb .
1992 ,1993 ,1994-cü illərdə Ağstafa rayonu hərbi komisarlığında köməkçi olmuşam . Böyük oğlum Şahlar 1994-cü ildə 5 rayonda döyüşüb Tərtər rayonunda Vətən uğrunda qəhrəmancasına şəhid olub .Azərbaycanda yeganə şəhid atası aşıq mənəm .
Bir neçə kitab ,jurnal ,qəzet və şeirdə tərənnüm olmuşam . Onlarla fəxri fərmana , diploma ,döş nişanına ,qiymətli hədiyyələrə laiq görülmüşəm .1999-cu ildən görkəmli saz ustası Aşıq Ədalət Nəsibovla birlikdə Azərbaycanda keçirilən mədəni-kütləvi tədbirlərdə iştirak etmişik .1983-cü ildən bügünə 460-dan çox qız və oğlana aşıq sənətini tədris etmişəm .Bir tələbəm 2010-cu ildə 15 dekabrda Aşıq Şəmşir adına gənc aşıqlar müsabiqəsində birinci yerə laiq görülüb .
Bakı-Ceyhan neft kəmərinin “ Qızıl Qaynaq ” günü tədbirində iştirakçı olmuşam . 1993-cü ildən saz düzəldirəm . 2008-2010-cu illərdə Gəncə və Bakı şəhərlərində keçirilən “ Mərkəzi Muzey ” də əl sərgilərində fəxri fərmanlara və hədiyyələrə laiq görülmüşəm .
Qarabağ müharibəsi zamanı və atəşkəsdən sonra Beyləqan ,Tərtər ,Goranboy , Göygöl , Daşkəsən ,Qazax , Ağstafa rayonlarında milli ordumuza maddi və mənəvi dayaq olmuşam .
Böyük oğlum Şahlar xüsusi təyinatlı hərbi hissənin tərkibində döyüşüb qəhrəmancasına şəhid olsa da , o biri 3 oğlum – Xanlar , Adil və Mobil döyüş bölgəsində vətənə laiqincə qulluq etmişlər .
2007-ci ildə 60 illik , 2012-ci ildə 65 illik ildönümümü rayon rəhbərliyi yüksək səviyyədə keçirmişlər .Bir neçə il Aşıq Alı adına aşıqlar evində metodis vəzifəsində işləmişəm . 2014-cü ildən Ağstafa şəhər 7 illik H.Arif adına musiqi məktəbindən təqaüdə çıxmışam . Ailəliyəm ,3 oğlum ,həyat yoldaşım ,2 gəlinim ,5 nəvəm var .
2017-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən “ Fəxri Mədəniyyət işçisi ” adına laiq görülüb və döş nişanı ilə təltif olunmuşam .
14 aprel 2021-ci ildə Ağsrafa rayon Ağsaqqallar şurasına sədr seçilmişəm . 2 iyun 2022-ci il tarixində Ağstafa Rayon İcra Hakimiyyəti yanına İctimai şuraya sədr seçilmişəm .7 iyun 2022-ci ildə Azərbaycan Aşıqlar Birliyi yanında Ağstafa rayon təmsilçisi seçilmişəm .Ömrümün sonuna kimi “ Dədə Qorqud ” ozan aşıq sənətini gənc nəsilə ötürülməsində və saz alətinin laiqincə yaşanmasına ,mənə tapşırılan bütün vəzifələri canla – başla yerinə yetirməyə hazıram .