Xocavənd Rayon İcra Hakimiyyəti yanında İctimai Şura
Tağıyev Eyvaz Həsrət oğlu 1964-cü ildə Xocavənd rayon Qaradağlı kəndində anadan olmuşdur. 1993-cü ildə Bakı şəhər Hacı Zeynalabdin Tağıyev adına texnikomun Maliyyə və kredit fakültəsini bitirmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin sosial Müdafiə Nazirliyinin tabeliyində DSMF Publik hüquqi şəxsin 10 saylı regional ərazi filialında çalışır. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 1 övladı var. Şəhid atasıdır. Oğlu Tağıyev Elzamin Eyvaz oğlu 9 noyabr 2020-ci il tarixdə Şuşa şəhərində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olmuşdur.