Xocavənd Rayon İcra Hakimiyyəti yanında İctimai Şura

müavin
Müzəyyəm Allahverdiyeva

Allahverdiyeva Müzəyyəm Əliqulu qızı 1961-ci ildə  Xocavənd rayonunun Muğanlı kəndində anadan olmuşdur. 1984 –cü ildə M.A.Əliyev adına Azərbaycan İncəsənət İnstitutunun (qiyabi) mədəni-maarif fakultəsini  bitirmişdir. 1980-ci ildən 2008 –ci ilədək Muğanlı kənd mədəniyyət evində direktor, 2008-ci ildən Xocavənd rayon Mədəniyyət evinin direktoru  vəzifəsində işləyir. 2009-cu ildən Yeni Azərbaycan Partiyasının üzvü və 2012-ci ildən 124 sayli Şuşa –Ağdam –Xocalı –Xocavənd seçki dairəsi 39 saylı seçki məntəqəsinin sədr vəzifəsində işləyir. Azərbaycan Pespublikası Prezidentinin Sərəncamı ilə 2018- ci ildə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Ailəlidir, 5 övladı var.