Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şura

“Ümman” Əlilliyi olan Uşaqlara Qayğı İB. İctimai Şuranın sədri
Elşad Məmmədov

16 dekabr 1976-cı ildə Bakı şəhərində anadan olub.

1992-ci ildə Bakı şəhəri 42 saylı məktəbi qızıl medalla bitirib.

1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Kommersiya və Beynəlxalq iqtisadi münasibətlər fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1999–2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində böyük laborant, 2004–2007-ci illərdə baş müəllim, 2007–2015-ci illərdə dosent, 2015–2024-ci illərdə professor vəzifələrində işləmişdir.

2007–2015-ci illərdə həmin universitetin Kommersiya fakültəsində dekan müavini vəzifəsində çalışıb.

2007–2015-ci illərdə həmçinin Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar nazirinin məsləhətçisi vəzifəsində çalışıb.

2003-cü ildə qərargahı İsveçrədə yerləşən Beynəlxalq Telekommunikasiya İttifaqının (İTU) eksperti, həm də 2002–2003-cü illərdə Respublikada elektron ticarətin (e-commerce) tətbiqinə dair işçi qrupun rəhbəri olub.

2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində fəaliyyət göstərən Dissertasiya Şurasında namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib və 2004-cü ildə ona Respublika Prezidenti Yanında Ali Attestasiya Komissiyasının (AAK) qərarı ilə iqtisad elmləri namizədi elmi dərəcəsi verilib.

2008-ci ildə AAK-nın qərarı ilə Dosent attestatı təqdim edilib.

2014-cü ilin 23 may tarixində Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda fəaliyyət göstərən Dissertasiya Şurasında iqtisad üzrə elmlər doktoru elmi dərəcəsini almaq üçün doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib və AAK-nın Rəyasət heyətinin 13 mart 2015-ci il tarixli qərarı ilə iqtisad üzrə elmlər doktoru elmi dərəcəsi verilib.

2020-ci ildən Odlar Yurdu Universitetinin "İqtisadiyyat və iqtisadi münasibətlər" kafedrasının müdiri, 2022-ci ildən həmçinin İqtisadiyyat, Menecment və Biznes İnstitutunun direktoru vəzifələrində çalışır.

Azərbaycan Milli Elmlər Akademiyası(AMEA)-nın İqtisadiyyat İnstitutunda fəaliyyət göstərən iqtisad üzrə elmlər doktoru (i.e.d.) və iqtisad üzrə fəlsəfə doktoru (i.ü.f.d.) elmi dərəcələri üzrə dissertasiya müdafiələri təşkil olunan Dissertasiya Şurasının üzvü, həmin şuranın nəzdində fəaliyyət göstərən Elmi Seminarın sədridir.

2017-ci ilin yanvar-may aylarında həmçinin Qərb Universitetində (WU) elmi işlər üzrə prorektor, vəzifəsində işləyib.

17 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin Qərarı ilə Elşad Məmmədova Professor elmi adi verilmişdir.

Hazırda Azərbaycanda ən gənc iqtisad üzrə elmlər doktoru, professordur.

2021, 2023, 2025-ci illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü və sədri seçilmişdir.

2024-cü ildən Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar İnstitutunun rəhbəridir.

12 monoqrafiyanın, 4 dərsliyin, 2 dərs vəsaitinin, 500-dən çox, o cümlədən 100-ü beynəlxalq və, o cümlədən beynəlxalq sitat bazalarına daxil olan elmi nəşrlərin müəllifidir.

Mediada  minlərlə çıxışın müəllifidir. Eyni zamanda bir sıra yerli və xarici KİV-lərin iqtisadi təhlilçisi və icmalçısıdır.

Ailəlidir, iki övladı var.