Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şura

DOST Agentliyində İctimai Şura üzvləri ilə görüş keçirilib - FOTOLAR

DOST Agentliyi tərəfindən göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi istiqamətində işlər aparılır.

QHT.az xəbər verir ki, bunu Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şura üzvləri ilə görüşdə bildirib.


O, aparılan işlərin xidmətlərin vətəndaş rahatlığı və sadə prosedurlar əsasında vətəndaşlara təqdim olunmasına yönəldiyini diqqətə çatdırıb. 
Bildirilib ki, indiyədək DOST Mərkəzlərində 1 milyondan çox vətəndaşa xidmət göstərilib və vətəndaşların bu xidmətlərdən məmnunluq səviyyəsi 98,2 % olub.

İctimai şuranın sədri Elşad Məmmədov şuranın fəaliyyəti barədə məlumat verib, belə görüşlərin əhəmiyyətini vurğulayıb.
Sonda İctimai şura üzvləri ilə birgə əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılıb
 


Paylaş