İctimai Şuranın üzvləri erkən nigah, gender bərabərliyi, narkomaniyaya qarşı mübarizəyə dair ictimai müzakirələr mövzusunda tədbir keçirib

02 dekabr 2022-ci il tarixində Sabirabad rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri erkən nigah, gender bərabərliyi, narkomaniyaya qarşı mübarizə mövzusunda maarifləndirmə işinin aparılması məqsədilə növbəti görüşünü keçirmişdir. Görüş Sabirabad rayon Əsgərbəyli kənd tam orta məktəbində keçirildi. Çıxış edənlər şagirdlərə ətraflı məlumat vermiş və öz tövsiyyələrini bildirmişdir.

Tədbiri giriş sözü ilə açan İctimai Şuranın sədri Güləndam Səmədova gender bərabərliyi mövzusunda çıxış edərək bildirmişdir ki, tarixən türklərdə qadınlarla kişilər bərabər hüquqlara malik olmuşdur. Türk qadınları kişilərlə bərabər qılınc oynatmış, at çapmışlar. Yadelli işğalçılar vətənimizə hücum edərkən kişilərlə bərabər düşmənə qarşı mübarizə aparmışdır. Çox təəsüf ki, müasir dövrdə biz gender bərabərliyinin pozulması halları ilə rastlaşırıq.

Daha sonra İctimai Şuranın üzvü Telman Əzimov erkən nigahın fəsadları haqqında ətraflı çıxış etmişdir. İctimai Şuranın digər üzvləri Faiq Hüseynov və Eldar Urufov narkomaniyaya qarşı mübarizə mövzusunda şagirdlərə məlumat vermiş və narkomaniyanın "Əsrin bəlası"və "ağ ölüm"olduğunu onların nəzərinə çatdırmışdır. Həm gender bərabərliyinin pozulması, həm erkən nigah, həm də narkomaniyanın əsasında savadsızlığın, təhsildən yayınmanın dayandığı şagirdlərin nəzərinə çatdırıldı. Belə maarifləndirmə işlərinin aparılmasının davamlı olacağı bildirildi.

Fotolar

Paylaş

Aktiv sorğu yoxdur.