Şirvan şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti iclası keçirlib - FOTO

 Şirvan şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti iclası olmuşdur.

 İclasda Şura üzvləri, Şirvan şəhər İcra Hakimiyyəti Başçısının müavini Aynur  Fərzəliyeva, sektor müdiri Adəm Hüseynov iştirak etmişlər.

Şura sədri Fəxrəddin Rəhimov əvvəlki iclasda qaldırılmış məsələlərin həlli ilə baglı görülən işlərin vəziyyəti ilə şura üzvlərini tanış etdi,. Qeyd olundu ki, qaldırılan məsələlərin əksəriyyəti öz həllini tapmış, digərləri üzərində işlər davam etdirilir. 

Şura üzvü Pənah Xankişiyev Füzuli parkının yüksək səviyyədə əsaslı təmir edilərək şəhər sakinlərinin istifadəsinə verilməsi əhali tərəfindən yüksək qiymətləndirilir. 

Eyni zamanda qeyd olundu ki, Kür çayının sahilində yerləşən İsmət Qayıbov adına parkın abadlaşdırılmasına ehtiyac vardır.

 Qərara alındı ki, bu məsələ şəhər İcra Hakimiyyəti Başçısının və şəhər Bələdiyyəsi sədrinin qarşısında qaldırılsın.

Şəhər İcra Hakimiyyəti Başçısının müavini Aynur  Fərzəliyeva şura üzvlərinin nəzərinə çatdırdı ki, “ictimaishura.az” elektron səhifəsi yaradılmışdır ki, orada qeydiyyatdan keçməklə məlumatları birbaşa həmin səhifədə yerləşdirmək olar.

 Qeydiyyatdan keçmək qaydaları barədə videoçarx nümayiş etdirildi.

Sonda elan olundu ki, 09.09.2022-ci il tarixdə Şirvan şəhər mədəniyyət mərkəzində ətraf rayonların iştirakı ilə regional təlim keçiriləcək. Həmin təlimdə şura üzvlərinin iştirak etməsi tövsiyyə olundu.     

Fotolar

Paylaş