İctimai Etimad Şurasının üzvləri  imtahan prosesini izləyiblər - FOTOLAR

İctimai Etimad Şurasının üzvləri ADNSU-da imtahan prosesini izləyiblər

Yanvarın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İctimai Etimad Şurasının üzvləri imtahan prosesini izləyib. İctimai Etimad Şurasının üzvləri əvvəlcə ADNSU-nun şəhid məzunlarının xatirsəinə həsr olunmuş kopmleksi ziyarət ediblər.

Sonra imtahan keçirilən auditoriyaları gəzib, müəllim və tələbələrin imtahanlara hazırlıq səviyyəsi, həmçinin imtahanların şəffaf mühitdə keçirilməsi üçün yaradılan şəraitlə yaxından tanış olublar. Sonra İctimai Etimad Şurasının üzvləri ADNSU-nun rektoru, professor Mustafa Babanlı ilə görüşüb, imtahan prosesinin təşkili ilə bağlı fikirlərini bölüşüblər. Rektor M.Babanlı ADNSU-da son dövrdə görülən işlər, yeniliklər və tədris strukturu barədə İctimai Etimad Şurasının üzvlərinə ətraflı məlumat verib.

Şura üzvləri universitetdə imtahanların keçirilməsi üçün yaradılan şəraiti və şəffaf tədris mühitini, həmçinin imtahana nəzarət prosesini yüksək qiymətləndirib və tələbələrin hazırlıq səviyyəsi, eləcə də imtahanların gedişatından razı qaldıqlarını bildiriblər. Görüşdə həmçinin tədris və təhsilin müasir standartlara uyğunlaşdırlması və yeni layihələr barədə geniş müzakirələr aparılıb.


Paylaş

Aktiv sorğu yoxdur.