Daxili İşlər Nazirliyi yanında İctimai Şuraya seçkilər bu tarixdə keçiriləcək

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yanında İctimai Şuraya üzvlərin seçilməsi ilə bağlı keçiriləcək birgə yığıncaqda təmsilçilərinin iştirakı məqsədilə vətəndaş cəmiyyəti institutlarının 2021-ci il may ayının 25-dək Seçki Komissiyasına müraciət etmələri xahiş olunur.

Müraciət yazılı formada [email protected] e-poçt ünvanına göndərilməli və özündə 1(bir) təmsilçi barədə aşağıdakı məlumatları əks etdirməlidir:

- təmsilçinin adı, soyadı, atasının adı;

- təvəllüdü;

- yaşayış ünvanı;

- təmsilçi ilə əlaqə telefonunun nömrəsi.

İctimai Şuraya üzvlərin seçilməsi ilə bağlı birgə yığıncaq 2021-ci il iyun  ayının 3-də, saat 9-da Bakı şəhəri, Azadlıq prospekti, ev 161 ünvanında (Nazirliyin inzibati binasında) keçiriləcəkdir. 

Yığıncaqda iştirak edən təmsilçilərin şəxsiyyət vəsiqələrinin üzərində olması vacibdir.

Əlavə məlumat üçün Seçki Komissiyası ilə (012) 590-92-28 və ya (012) 590-91-03 nömrəli telefonlarla əlaqə saxlanıla bilər.


Paylaş

Aktiv sorğu yoxdur.