Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçirilib

Bu gün Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı olub.

Toplantıda MyGov Portalında və eGov quruculuğu sahəsində yeniliklər müzakirə olunub.

Elektron Hökumətin İnkişafı Mərkəzi MyGov-dakı yeniliklər, dövlət xidmətlərinin MyGov-a miqrasiyası, arayışlarla və çıxarışlarla bağlı optimallaşma və rəqəmsal mühitdə gözləntilər haqqında təqdimat edib.

Görüşdə dövlət xidmətlərinin göstərilməsində səmərəliliyin artırılması, MyGov-un populyarlaşması, eGov sahəsində kordinasiya və inteqrasiya ətrafında , ictimai -sosial əhəmiyyətli xidmətlərin elektronlaşması və MyGov-a inteqrasiyasinın sürətləndirilməsi ətrafında fikir mübadiləsi olub, təkliflər irəli sürülüb.

Fotolar

Paylaş

Aktiv sorğu yoxdur.