QHT-lər üçün QRANT müsabiqəsi elan edilib

   Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası kommunal sahədə rəy sorğusunun keçirilməsi məqsədilə qrant müsabiqəsi elan edir.

           

            Müsabiqənin mövzusu:

 

            Kommunal sahədə korrupsiyanın səbəbləri və xüsusiyyətlərinin öyrənilməsi

 

Müsabiqədə iştirak:

 

Müsabiqədə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış Qeyri Hökumət Təşkilatları iştirak edə bilərlər.

 

Müsabiqədə iştiraka dair tələblər:

 

•   Rəy sorğuları və tədqiqatlar aparılması təcrübəsi.

 

• Rəy sorğusu 12 mart 2021-ci il tarixdən etibarən Azərbaycan Respublikasının ərazisində 2000 hüquqi və fiziki şəxslər arasında həyata keçirilməli və nəticələri təhlil edilməlidir.  

 

Layihələrin təqdim edilməsi:

 

            Layihə təklifləri 05 mart 2021-ci ilədək Azərbaycan Respublikası Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına elektron poçt ([email protected]) vasitəsilə təqdim olunmalıdır. Müraciət zamanı təşkilatlar kommunal sahədə korrupsiyanın səbəbləri və xüsusiyyətlərinin öyrənilməsi məqsədilə rəy sorğusunun keçirilməsi üçün tələb olunan büdcə ilə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:

 

• QHT-nin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti

• Təşkilatın Nizamnaməsinin surəti

• Təşkilatın Dövlət Reyestrindən Çıxarışının surəti

• Təşkilatın VÖEN-nin surəti

• Təşkilatın fəaliyyəti haqqında qısa məlumat  

• Layihəyə rəhbərlik edəcək şəxsin və əsas əməkdaşların tərcümeyi-halı (CV)

 

Qiymətləndirmə meyarları:

 

• Qurumun təcrübəsi.

• Layihənin icrasına dair dəqiq ifadə edilmiş və əsaslandırılmış təsvirin olması.

• Layihənin icrasına cəlb ediləcək mütəxəssislərin oxşar məqsədli layihələrdə iştirak təcrübəsi;

• Qrant layihəsi üçün tələb olunan maliyyələşdirilmənin məbləğinin məntiqli və reallığa uyğun olaraq ciddi şəkildə əsaslandırılması.

• Layihənin səmərəliliyi və layihənin icrası ilə bağlı risklərin qiymətləndirilməsi.

 

Müsabiqənin müddəti:

 

Layihələrin qəbulu 15 fevral 2021-ci il tarixdən başlayır və 5 mart 2021-ci il tarixdə başa çatır.

 

Layihələrin qəbulu üçün son tarix:

 

5 mart  2021-ci il, saat 18:00.


Paylaş

Aktiv sorğu yoxdur.