Dövlət Miqrasiya Xidmətinin rəisi İctimai Şuranın üzvləri ilə onlayn iclas keçirib

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynovun iştirakı ilə Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın növbəti iclası keçirilib.

DMX-dən  bildiriblər ki, Vüsal Hüseynov 2020-ci ildə həyata keçirilmiş miqrasiya siyasətinin əsas nəticələri və bu sahədə cari vəziyyət, Dövlət Miqrasiya Xidməti tərəfindən görülən işlər, həmçinin göstərilən xidmətlərin təkmilləşdirilməsi istiqamətində tətbiq olunan yeniliklər barədə məlumat verib.

DMX yanında İctimai Şuranın sədri Azər Allahverənov ötən il Şuranın üzvləri tərəfindən görülmüş işlər və yeniliklərin tətbiqi barədə məlumatları təqdim edib.

Görüşdə 2021-ci ilin birinci yarısında Dövlət Miqrasiya Xidməti ilə İctimai Şura arasında əməkdaşlığın əsas perspektivləri və tərəflərin gözləntiləri, digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda İctimai Şura üzvlərinin təklifləri müzakirə olunub.

Fotolar

Paylaş

Aktiv sorğu yoxdur.